...

Şimali İrlandiya - Azərbaycan oyununda hakim dəyişikliyi olub

İdman Materials 7 Noyabr 2012 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də, Belfast şəhərində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununu idarə edəcək hakimlər briqadasında dəyişiklik edilib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, əvvəlcədən xəbər verildiyi kimi, baş hakim Viktor Şvetsovun birinci köməkçisi Mikola Levko deyil, Aleksandr Kornıyko olacaq.

Oyunu baş hakim Viktor Şvetsov, onun köməkçiləri Aleksandr Kornıyko, Oleq Plujnik idarə edəcəklər. Dördüncü hakim Anatoli Abduladır.

Hakimlər briqadası Ukraynadandır.

Hakim-inspektor Günter Benkö (Avstriya), komissar isə Tomas Qrim (İsveçrə) olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti