...

Azərbaycan uşu və tayboks üzrə dünya çempionatında ikinci qızıl medalını qazanıb

İdman Materials 9 Noyabr 2012 15:31 (UTC +04:00)
Azərbaycan uşu və tayboks idman növləri üzrə dünya çempionatında ikinci qızıl medalını qazanıb.
Azərbaycan uşu və tayboks üzrə dünya çempionatında ikinci qızıl medalını qazanıb

Azərbaycan, Bakı, 9 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycan uşu və tayboks idman növləri üzrə dünya çempionatında ikinci qızıl medalını qazanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Tomris Həsənova yarışların Tayci Fan növündə qızıl medal qazanıb.

Oktyabrın 30-dan noyabrın 4-dək İtaliyanın Karrara şəhərində uşu və tayboks idman növləri üzrə keçirilən dünya çempionatında 70 ölkədən 2000-dək idmançının iştirak edir. Azərbaycan yarışlara 4 idmançı ilə təmsil olunur.

Ötən gün isə 91 kq çəki dərəcəsində yarışan Araz Musayev 18-35 yaş kateqoriyasında tay fan yarışlarında bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti