...

Azərbaycan millisi səfərdən bir xalla döndü

İdman Materials 15 Noyabr 2012 01:41 (UTC +04:00)
"DÇ 2014"-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün növbəti matçına çıxıb. Trend-in məlumatına görə, Berti Foqtsun komandası səfərdə Şimali İrlandiyanın qonağı olub.
Azərbaycan millisi səfərdən bir xalla döndü

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

"DÇ 2014"-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün növbəti matçına çıxıb. Trend-in məlumatına görə, Berti Foqtsun komandası səfərdə Şimali İrlandiyanın qonağı olub.

Rusiya ilə görüşdə matçın sonlarına yaxın bir xalı əldən verən yığmamız bu dəfə səfərdən bir xalla qayıtdı. Oyun 1:1 hesabı ilə bitdi. Rauf Əliyev oyunun 5-ci dəqiqəsində ilk qolu vurdu. Şimali İrlandiya yığması cavab topu oyuna əlavə olunmuş vaxtının sonuncu dəqiqəsində vurdu (90+6).

Qeyd edək ki, bununla Azərbaycan yığması seçmə mərhələdə aktivinə 2-ci xalı yazdırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti