...

Bakıda ağır atletika üzrə Qran-pri yarışları keçiriləcək

İdman Materials 15 Noyabr 2012 16:52 (UTC +04:00)
Bu ilin dekabr ayının 14-15-də Bakıda Beynəlxalq Ağır Atletika Federasiyasının (BAAF) IWF Grand Prix – Bakı Beynəlxalq Kuboku keçiriləcək.
Bakıda ağır atletika üzrə Qran-pri yarışları keçiriləcək

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Bu ilin dekabr ayının 14-15-də Bakıda Beynəlxalq Ağır Atletika Federasiyasının (BAAF) IWF Grand Prix - Bakı Beynəlxalq Kuboku keçiriləcək.

Trend Azərbaycan Ağır Atletika Federasiyasına istinadən məlumat verir ki, yarışda 25 ölkə iştirak edəcək. Bunlar Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Macarıstan, Polşa, Türkiyə, Rusiya, Rumıniya, Albaniya, Serbiya, Slovakiya, Bolqarıstan, Yunanıstan, Litva, Moldova, Ukrayna, Belarus, Özbəkistan, Tacikistan, Gürcüstan, Qazaxıstan və İrandır.

IWF Grand Prix - Bakı Beynəlxalq Kubokunda 53 və 58 kq çəki dərəcəsində qadınlar, 62 və 69 kq çəki dərəcəsində kişilər qüvvəsini sınayacaq.

Yarışlar Ağır Atletika Akademiyasının İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, bu ilin dekabr ayının 12-13-də Bakıda Beynəlxalq Ağır Atletika Federasiyasının növbəti konqresi də keçiriləcək. Dekabrın ikinci ongünlüyündə baş tutacaq konqresdə BAAF nizamnaməsinin müzakirəsi, qaydalara əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Konqresdə 100 ölkədən 200-dək nümayəndə iştirak edəcək.

BAAF-ın növbəti konqresinin Bakıda keçirilməsi haqqında qərar Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsinin Qvatemalanın Antiqua şəhərində keçirilən toplantısında qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti