...

DÇ-2014-ün rəsmi talismanına ad seçildi

İdman Materials 26 Noyabr 2012 15:08 (UTC +04:00)
Braziliyada DÇ-2014-ün rəsmi talismanına ad seçmək üçün keçirilən üçaylıq səsvermə başa çatıb.
DÇ-2014-ün rəsmi talismanına ad seçildi

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Braziliyada DÇ-2014-ün rəsmi talismanına ad seçmək üçün keçirilən üçaylıq səsvermə başa çatıb.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, 1,7 milyondan çox şəxs "Fuleco™" adına səs verib ki, bu da sorğuya qatılanların 48 faizini təşkil edir.

Digər iki ad "Zuzeco" və "Amijubi" isə, müvafiq olaraq, 31 və 21 faiz səs qazanıb.

"Fuleco" adı "futbol" və "ekologiya" sözlərindən yaranıb. Braziliyalılar arasında keçirilən sorğuya əsasən, ictimaiyyətə açıqlandığı andan bu günədək ölkə turuna çıxan "Fuleco"nu artıq yerli əhalinin 89 faizi tanıyır. Braziliyalılar tərəfindən bəslənən rəğbətə görə isə "Fuleco" 10 üzərindən 7.3 qiyməti alıb.

"Fuleco" rəsmi maskotu çempionatın ən nüfuzlu səfiri kimi, ətraf mühit məsələlərinə diqqəti çəkməkdə əhəmiyyətli rol oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti