...

Bakıda Avropa Olimpiya Oyunlarında 20-yə yaxın idman növündə yarışların keçirilməsi gözlənilir

İdman Materials 11 Dekabr 2012 12:26 (UTC +04:00)
Bu günə qədər beynəlxalq həndbol, voleybol, reqbi, boks, cüdo, biatlon, atçılıq, badminton, taekvando, kamandan oxatma, qılınc oynatma, kanoe, stolüstü tennis və güləş federasiyaları artıq Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarında iştiraklarını təsdiq ediblər
Bakıda Avropa Olimpiya Oyunlarında 20-yə yaxın idman növündə yarışların keçirilməsi gözlənilir

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bu günə qədər beynəlxalq həndbol, voleybol, reqbi, boks, cüdo, biatlon, atçılıq, badminton, taekvando, kamandan oxatma, qılınc oynatma, kanoe, stolüstü tennis və güləş federasiyaları artıq Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarında iştiraklarını təsdiq ediblər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

"Azərbaycan karate idman növünün də Avropa Olimpiya Oyunlarına salınmasını təklif edib, çünki bizim karate yığmamız dünyada ən güclülər sırasındadır və ümid edirik ki, bu təklifimiz müsbət qarşılanacaq. Gələn həftənin sonuna qədər su idman növləri federasiyaları Olimpiya Oyunlarında iştirakları ilə bağlı cavab verməlidirlər. Ümumilikdə, təqribən 20-yə yaxın idman növündə yarışların keçirilməsi gözlənilir. Şifahi razılaşma əldə olunub, lakin bizə lazımdır ki, rəsmi saziş imzalansın. Yalnız bundan sonra Olimpiya Oyunlarında neçə idman növü üzrə yarışların keçirilməsi dəqiq məlum olacaq", - Rəhimov bildirib.

Nazir qeyd edib ki, bundan başqa, komandaların sayı və bir sıra texniki məsələlər də həmin sazişlərdə öz əksini tapacaq. Gələn ilin mart ayının sonuna qədər bütün bu sazişlərin imzalanması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti