...

Yeniyetmələr arasında taekvondo üzrə Bakı şəhər birinciliyi keçiriləcək

İdman Materials 24 Yanvar 2013 11:58 (UTC +04:00)
Yanvarın 26-da 1999-2001-ci il təvəllüdlü yeniyetmələr arasında taekvondo üzrə Bakı şəhər birinciliyi keçiriləcək.
Yeniyetmələr arasında taekvondo üzrə Bakı şəhər birinciliyi keçiriləcək

Azərbaycan, bakı, 24 yanvar /Trend/

Yanvarın 26-da 1999-2001-ci il təvəllüdlü yeniyetmələr arasında taekvondo üzrə Bakı şəhər birinciliyi keçiriləcək.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək yarışı Bakı Şəhər Gənclər və İdman İdarəsi (BŞGİBİ) təşkil edir.

Oğlanlar arasında, paytaxt birinciliyi 33 kq, 37 kq, 41 kq, 45 kq, 53 kq, 57 kq, 61 kq, 65 kq və +65 kq çəki dərəcələrində olacaq.

Turnirdə Bakının müxtəlif rayonlarından klubların tərkibində 100-dək idmançı mübarizə aparacaq. Taekvondoçular DaeDo elektron gödəkçələrdən istifadə edəcəklər. İştirakçıların çəkiləri yanvarın 25-də saat 09:00-12:00-da ATF-in təlim-məşq bazasında müəyyənləşdiriləcək.

Fərqlənən taekvondoçular BŞGİBİ-nin müvafiq diplomları, xatirə hədiyyələri və pul mükafatı ilə təltif ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti