Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.Qəzvini/
"Real" Madrid yenə əzəli rəqibi "Barselona" ilə İspaniya kubokunun 1/2 final oyununun ilk matçında "Santyaqo Bernabeu"da üz-üzə gəldi. İlk yarı qolsuz bitsə də, ikinci hissəyə "Barsa" qolla başladı. Müdafiədə səhvi bağışlamayan Messi Fabreqası madridlilərin qapıçısı Dieqo Lopeslə təkbətək çıxardı. Fabreqas bu şansı qaçırmayaraq, adını tabloya yazdırdı - 0:1.
Maurinyonun yetirmələri isə Fabreqasın qoluna oyunun əsas vaxtına 9 dəqiqə qalmış cavab verdilər. Tədricən rəqib qapısına təzyiqləri artıran paytaxt klubunun heyətində Rafael Varan fərqləndi - 1:1. Sonuncu dəqiq zərbə ilə "Real"ı məğlubiyyətdən xilas edərək, komandasının Kataloniyadakı cavab oyununa ümüdini saxladı.
Qeyd edək ki, tərəflər arasında cavab matçı fevralın 27-də keçiriləcək.