...

Güləş üzrə “Olimpiyaçılar aramızda” açıq Respublika turniri başlayır

İdman Materials 31 Yanvar 2013 10:41 (UTC +04:00)
Sərbəst və yunan-Roma güləşi üzrə 1997-98-ci il təvəllüdlü yeniyetmələr arasında “Olimpiyaçılar aramızda” açıq Respublika turniri keçiriləcək.
Güləş üzrə “Olimpiyaçılar aramızda” açıq Respublika turniri başlayır

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Sərbəst və yunan-Roma güləşi üzrə 1997-98-ci il təvəllüdlü yeniyetmələr arasında "Olimpiyaçılar aramızda" açıq Respublika turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turnirin keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və 2014-cü ildə keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.

FİLA-nın qaydalarına əsasən keçirilən turnir iki mərhələdən ibarətdir. İlk mərhələdə 02-19 fevral 2013-cü il tarixlər arasında AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçiriləcək.

2-3 fevral - 5 saylı nümayəndəlik, Göyçay
5-8 fevral - 1 saylı nümayəndəlik, Bakı
6-7 fevral - 2 saylı nümayəndəlik, Sumqayıt
9-10 fevral - 7 saylı nümayəndəlik, Gəncə
10-12 fevral - 4 saylı nümayəndəlik, Lənkəran
15-16 fevral - 6 saylı nümayəndəlik, Yevlax
17-18 fevral - 8 saylı nümayəndəlik, Naxçıvan
18-19 fevral - 3 saylı nümayəndəlik, Şamaxı

İkinci mərhələdə isə, Regionlararası seçim yarışlarının nəticələrinə əsasən 5-6 mart 2013-cü il tarixdə açıq Respublika turnirinin final yarışları baş tutacaq. Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti