...

Azərbaycan millisi Lixtenşteynə çətinliklə qalib gəldi

İdman Materials 6 Fevral 2013 19:58 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində Azərbaycan və Lixtenşteyn milli komandaları arasında bu gün yoldaşlıq oyunu keçirilib.
Azərbaycan millisi Lixtenşteynə çətinliklə qalib gəldi

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində Azərbaycan və Lixtenşteyn milli komandaları arasında bu gün yoldaşlıq oyunu keçirilib.

Trend-in məlumatına görə, "Əl Vasl" stadionunda baş tutan qarşılaşmanın 52-ci dəqiqəsində Rəşad Sadiqov penaltidən yararlana bilməyib. Lakin Vaqif Cavadov 75-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib (1:0). Matç elə bu hesabla da başa çatıb.

Qeyd edək ki, fevralın 1-də Dubayda təlim-məşq toplanışı çərçivəsində millimiz Özbəkistanla oyunda bərabərə qalmışdı (0:0).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti