...

Güləş üzrə Avropa çempionatında iştirak edəcək idmançılar müəyyənləşib

İdman Materials 12 Mart 2013 11:00 (UTC +04:00)
Martın 19-24-ü Gürcüstanın paytaxtı Tbilisi şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.
Güləş üzrə Avropa çempionatında iştirak edəcək idmançılar müəyyənləşib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.Mehdiyev/

Martın 19-24-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.

Trend-in məlumatına görə, məşqçilər korpusu tərəfindən Avropa çempionatında iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların heyəti müəyyənləşdirilib.

Sərbəst güləş üzrə yarışlarda ölkəmizi Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Məhəmməd Müslümov (66 kq), Aleksandr Qostiyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov təmsil edəcək. Yığma komanda baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çempionatda iştirak edəcək.

Qadın güləşi üzrə yığma komandanın heyətində Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq),Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk (67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıb. Komandanı çempionata baş məşqçi Yaqub Məmmədov, böyük məşqçi Konstantin Konoryov və məşqçi Aslan Ağayev hazırlaşdırır.

Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi və böyük məşqçilər Nasir Nurbaxış, Elçin Əliyev (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) və Rodomir Petkoviçə (120 kq) şans verəcək.

Çempionatın proqramına əsasən, martın 19, 20, 21 və 22-də sərbəst və qadın güləşi üzrə, 23-24-də isə yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti