...

UEFA Avro 2020-nin keçirilməsi üçün ərizələrin verilməsi qaydalarını müzakirə edəcək

İdman Materials 18 Mart 2013 17:55 (UTC +04:00)
UEFA İcraiyyə Komitəsinin növbəti iclasının əsas mövzusu 2020-ci il Avropa çempionatı matçlarının keçirilməsinə görə ərizələrin təqdim edilməsi qaydaları olacaq.
UEFA Avro 2020-nin keçirilməsi üçün ərizələrin verilməsi qaydalarını müzakirə edəcək

Azərbaycan, Bakı, 18 mart /Trend/

UEFA İcraiyyə Komitəsinin növbəti iclasının əsas mövzusu 2020-ci il Avropa çempionatı matçlarının keçirilməsinə görə ərizələrin təqdim edilməsi qaydaları olacaq. Bu barədə Trend bazar ertəsi təşkilatın saytına istinadən məlumat verir.

UEFA prezidenti Mişel Platinin rəhbərliyi ilə İcraiyyə Komitəsi Avro 2020-nin final mərhələsinin keçirilməsinə görə tələb və ərizələrin verilmə qaydalarının ratifikasiyasına dair məsələni nəzərdən keçirəcək. Çempionatın oyunları dekabrda qəbul edilən qərara əsasən, Avropanın 13 şəhərində keçiriləcək.

Qeyd edək ki, UEFA Avro 2020-yə ev sahibdliyi edəcək şəhərləri 2014-cü ilin sentyabrında müəyyənləşdirəcək.

İcraiyyə Komitəsi Sofiyada aşağıdakı turnirlərin formatını da qəbul etməlidir: Çempionlar Liqası - 2013/14, Avropa Liqası - 2013/14, Superkubok - 2013, qadınlar arasında Çempionlar Liqası - 2013/14, yeniyetmələrin liqası - 2013/14, futzal üzrə kubok - 2013/14.

İcraiyyə Komitəsinin iclası martın 28-də Sofiyada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti