Azərbaycan, Bakı, 18 aprel /Trend/
Aprelin 6-da Kişinyov şəhərində budo döyüş sənəti üzrə Avropa çempionatına start verilib. Fri-kontakt, full-kontakt və semi-kontakt versiyalarında təşkil olunmuş yarışda Buda döyüş sənəti Federasiyasından Azərbaycanı 20 idmançı təmsil edib.
Yarışın semi-kontakt versiyasında 100 kq çəki üzrə qızıl medalın qalibləri "Expressbank"ın işçiləri Səfavət Əliyev və Elman İmanov olublar.
Bankın idarə heyətinin sədri Emin Məmmədov bildirib: "Biz ölkəmizi təmsil edən əməkdaşlarımızın qalilbiyyətinə inanırdıq və onların qızıl medalla qayıdacaqlarına əmin idik. Bu fakt "Expressbank" üçün qürurverici bir haldır və ümid edirik ki, bu, əməkdaşlarımızın son nailiyyəti deyil".