...

Bakıda təşkil olunacaq Avropa Olimpiya Oyunları ilə bağlı komissiyanın ilk iclası keçirilir

İdman Materials 29 Aprel 2013 11:31 (UTC +04:00)
Bakıda 2015-ci ildə keçiriləcək Avropa Oyunlarının Koordinasiya Komissiyasınn ilk iclası (First Coordination Comission (Co Com) European Games, Baku 2015) keçirilir.
Bakıda təşkil olunacaq Avropa Olimpiya Oyunları ilə bağlı komissiyanın ilk iclası keçirilir

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M.Əliyev/

Bakıda 2015-ci ildə keçiriləcək Avropa Oyunlarının Koordinasiya Komissiyasınn ilk iclası (First Coordination Comission (Co Com) European Games, Baku 2015) keçirilir.

Trend-in məlumatına görə, komissiyasının 16 üzvünün iştirakı ilə keçirilən qapalı iclasda Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikke, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov və digərləri iştirak edirlər.

Komissiyanın üzvü olan Çingiz Hüseynzadə iclasdan öncə Trend-ə bildirib ki, toplantıda 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təşkilatı məsələləri müzakirə olunacaq. O qeyd edib ki, AOK rəhbərliyinin səfərinin məqsədi 2015-ci ildə Azərbaycanda baş tutacaq ilk Avropa Oyunlarının keçiriləcəyi məkanları və tarixləri müəyyənləşdirmək, yaradılan şəraitlə yaxından tanış olmaqdır.

Qeyd edək ki, 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Romada keçirilən iclasında 2015-ci il Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilib. Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının tərkibi Azərbaycanla yanaşı, Böyük Britaniya, Danimarka, Finlandiya, İspaniya, İsrail, İsveç, Türkiyə və s. ölkələrin Milli Olimpiya komitələrini təmsil edən yüksək vəzifəli şəxslərdən ibarətdir. Azərbaycan Respublikası Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasında AR Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tərəfindən təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti