...

"Qəbələ" klubu "Neftçi"yə dəymiş ziyanı ödəyəcək

İdman Materials 16 May 2013 15:53 (UTC +04:00)
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Trend-in məlumatına görə, iclas zamanı Premyer Liqanın XXXI turu çərçivəsində keçirilən bəzi oyunlarla bağlı qərarlar verilib.
"Qəbələ" klubu "Neftçi"yə dəymiş ziyanı ödəyəcək

Azərbaycan, Bakı, 16 may /Trend/

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Trend-in məlumatına görə, iclas zamanı Premyer Liqanın XXXI turu çərçivəsində keçirilən bəzi oyunlarla bağlı qərarlar verilib.

Mayın 13-də Premyer Liqanın XXXI turunun "Sumqayıt" - "Xəzər Lənkəran" matçının 61-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 27 №-li futbolçusu Adrian Skatlatake idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

"Turan" - "Kəpəz" matçında "Kəpəz" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Mayın 14-də Premyer Liqanın XXXI turunun "Rəvan" - AZAL matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub. Matçın 85-ci dəqiqəsində "Rəvan" klubunun 5 №-li futbolçusu Nikolay Orlovski idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

"Qəbələ" - "Neftçi" oyunun 3-cü, 47-ci və 49-cu dəqiqələrində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. "Qəbələ" klubunun azarkeşləri tərəfindən "Neftçi" klubunun avtobusunun şüşəsi sındırıldığı üçün "Qəbələ" klubu dəymiş zərərə uyğun olaraq "Neftçi" klubuna ödəmə etməlidir.

XXXI turun "Simurq" - "İnter" matçının 54-cü dəqiqəsində "Simurq" klubunun 19 №-li futbolçusu Nicat Qurbanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində "İnter" klubunun 15 №-li futbolçusu Volodimir Levin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

"Qarabağ" - "Bakı" matçının 84-cü dəqiqəsində "Bakı" klubunun 23 №-li futbolçusu Rauf Əliyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti