...

Putin güləşin Olimpiya proqramına daxil edilməsi barədə qərarın ədalətli olacağına ümid edir

İdman Materials 30 May 2013 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend/

Rusiya Prezidenti Vladimir Putin ümid edir ki, 2020-ci il Olimpiya Oyunlarında idman növləri siyahısına güləşin daxil edilməsi barədə məsələnin həlli ədalət prinsiplərinə söykənəcək. Bu barədə Trend RİA Novosti-yə məlumat verir.

RF Prezidenti Beynəlxalq Olimpiya Komitəsinin üzvləri ilə görüşüb. Putin xatırladıb ki, hazırda 2020-ci il Olimpiya Oyunları proqramına daxil olmağa namizəd idman növləri müəyyənləşdirilib.

Putin bildirib: "Bilirəm ki, son qərar bir müddət sonra veriləcək. Lakin biz artıq dünyanın 209 ölkəsində sevilən güləş də daxil olmaqla üç idman növünü müəyyənləşdirmişik. Ümid edirəm ki, son nəticədə qərar ədalətli olacaq və hələ antik dövrdən qalan, həmişə öz ənənələrinə söykənən Olimpiya hərəkatının möhkəmləndirilməsinə və inkişafına xidmət edəcək. Güləş ənənəvi Olimpiya Oyunlarının əsas idman növlərindən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti