...

“Porto” Kinteronu 10 milyon avro müqabilində heyətinə qatmağa yaxındır

İdman Materials 29 İyun 2013 10:09 (UTC +04:00)
Portuqaliyanın “Porto” klubu İtaliyanın “Peskara”nın yarımmüdafiəçisi Xuan Kinteronu heyətinə qatmaq niyyətindədir.
“Porto” Kinteronu 10 milyon avro müqabilində heyətinə qatmağa yaxındır

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.Tanrıverdiyev/

Portuqaliyanın "Porto" klubu İtaliyanın "Peskara"nın yarımmüdafiəçisi Xuan Kinteronu heyətinə qatmaq niyyətindədir. Bu barədə Trend "Goal.com" saytına istinadən xəbər yayıb.
20 yaşlı futbolçunun transferi müqabilində "Porto" "Peskara" ya 10 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, daha əvvəl "Benfika". "Milan", "İnter", "Atletiko", "Lokomativ", "Barselona" və "Mançester Yunayted"in də Kintero ilə maraqlandıqları haqqında məlumat yayılmışdı.

Ötən mövsüm İtaliya çempionatında 17 oyunda meydana çıxan Kintero bir qol vurub və iki qol ötürməsi edib.

Əlavə edək ki, "Peskara" bu il İtaliya çempionatının ən yüksək liqasını - Seriya A-nı tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti