...

"Atletiko Madrid" Ardanı satmır

İdman Materials 31 İyul 2013 01:24 (UTC +04:00)
Türkiyənin "Qalatasaray" klubunun prezidenti Ünal Aysal "Atletiko Madrid"in futbolçusu Arda Turanı yenidən heyətlərinə qatmaq istədiklərini, lakin İspaniya klubunun oyunçunu satmaq istəmədiyini bildirib.
"Atletiko Madrid" Ardanı satmır

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Ünal Aysal "Atletiko Madrid"in futbolçusu Arda Turanı yenidən heyətlərinə qatmaq istədiklərini, lakin İspaniya klubunun oyunçunu satmaq istəmədiyini bildirib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Ü.Aysal deyib: "Atletiko Madrid" klubunun sahibi Angel Gil Marin bildirdi ki, bu mövsüm Ardanı satmaq istəmirlər. "Xüsusilə, baş məqçimiz Ardanı klubda saxlamaq istəyir, ona çox ehtiyacı var. Bu mövsüm Ardanı bizdən istəməyin" dedi. Biz də transfer mövzusunu bağladıq".

Xəbər lenti

Xəbər lenti