...

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində rəqibi müəyyənləşdi

İdman Materials 9 Avqust 2013 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir M.Əliyev/

Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan Ağdamın "Qarabağ" klubunun rəqibi müəyyənləşib. Trend-in yaydığı xəbərə görə, komandamızın rəqibi Almaniyanın "Ayntraxt" klubu olub.
Komandaların pley-off mərhələsində ilk oyunu Bakıda baş tutacaq.

Qeyd edək ki, milli komandaların gələn həftə keçirəcəyi yoxlama görüşləri ilə əlaqədar Avroliqada növbəti mərhələnin matçlarına avqustun 22-də start veriləcək. Cavab oyunları isə avqustun 29-da baş tutacaq.

"Qarabağ" ilk 3 mərhələdə Makedoniyanın "Metallurq" (1:0, 1:0), Polşanın "Pyast" (2:1, 2:2) və İsveçin "Qefle" (1:0, 2:0) klublarını mübarizədən kənarlaşdırıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti