...

Güləş 2020-ci il yay Olimpiya oyunlarının proqramına daxil edilib

İdman Materials 8 Sentyabr 2013 21:39 (UTC +04:00)
Güləş 2020-ci il yay Olimpiya oyunlarının proqramına daxil olacaq.
Güləş 2020-ci il yay Olimpiya oyunlarının proqramına daxil edilib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Güləş 2020-ci il yay Olimpiya oyunlarının proqramına daxil olacaq. Bu barədə qərar bazar günü Buenos-Ayresdə Beynəlxalq olimpiya komitəsinin (BOK) üzvlərinin 125-ci sessiyasında səsverməsi nəticəsində qəbul olunub. Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Beynəlxalq olimpiya komitəsi 2013-ci ilin fevral ayında 2020-ci il yay Olimpiya oyunlarının proqramından güləşin çıxarılmasını tövsiyə edib. May ayında təşkilatın icraiyyə komitəsi iddiaçılar sırasında Olimpiya oyunları-2020 proqramında üç idman növünü güləşi, beysbol/softbol və skvoşu saxlayıb.

Beynəlxalq olimpiya komitəsinin sessiyasında səsvermə nəticəsində güləş - 49, beysbol/softbol - 24, skvoş - 22 nümayəndənin dəstəyini alıb.

Olimpiada-2020 Tokioda keçiriləcək. Güləş həmçinin yay Olimpiya oyunları-2024 proqramında da təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti