...

Azərbaycan millisinin hər iki oyununun hakimləri açıqlanıb

İdman Materials 2 Oktyabr 2013 17:55 (UTC +04:00)
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da oktyabrın 11-də, saat 21:00-da keçiriləcək Azərbaycan - Şimali İrlandiya, dörd gün sonra saat 22:00-da baş tutacaq Azərbaycan - Rusiya oyunlarını idarə edəcək hakimlər məlum olub.
Azərbaycan millisinin hər iki oyununun hakimləri açıqlanıb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da oktyabrın 11-də, saat 21:00-da keçiriləcək Azərbaycan - Şimali İrlandiya, dörd gün sonra saat 22:00-da baş tutacaq Azərbaycan - Rusiya oyunlarını idarə edəcək hakimlər məlum olub.

Trend-in məlumatına görə, Azərbaycan - Şimali İrlandiya oyununu baş hakim Andrea de Marko, onun köməkçiləri Rikardo di Fiore və Alessandro Cialyatini idarə edəcəklər. Dördüncü hakim Mauro Berqonzidir.

Hakimlər briqadası İtaliyadandır. Adrian Kaşa (Malta) hakim-inspektor, Kuaniş Kanapyanov (Qazaxıstan) isə oyunun komissarı təyin olunub.

Azərbaycan - Rusiya oyununu isə serbiyalı hakimlər idarə edəcəklər:

Baş hakim: Milorad Maziç
Baş hakimin köməkçiləri: Milovan Ristiç, Dalibor Corceviç
Dördüncü hakim: Boşko Yovanetiç
Hakim-inspektor: Ziqfrid Kirşen (Almaniya)
Komissar: Dusan Tittel (Slovakiya)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti