...

Azərbaycan idmançıları dünya çempionatında qızıl və gümüş medal qazanıblar (FOTO)

İdman Materials 25 Oktyabr 2013 18:09 (UTC +04:00)
Azərbaycan idmançıları qarışıq döyüş növləri üzrə 1-ci rəsmi dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanıblar.
Azərbaycan idmançıları dünya çempionatında qızıl və gümüş medal qazanıblar (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan idmançıları qarışıq döyüş növləri üzrə 1-ci rəsmi dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanıblar.

Yarışın yekunlarına dair Trend İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında Azərbaycan Qarışıq Döyüş Növləri (MMA) Liqasının prezidenti Kənan Məmmədov bildirib ki, ölkəmizdə yeni yaradılan liqanın ilk rəsmi dünya çempionatından 2 medalla qayıtması yüksək nəticədir: "Çünki qarışıq döyüş növlərində rəqabət çox böyükdür. Bu mənada ilk dünya çempionatında qazanılan 2 medalı böyük uğur kimi qiymətləndirmək olar".

K.Məmmədov deyib ki, Azərbaycanda idmana göstərilən diqqəti, eyni zamanda, yerli MMA liqasının fəaliyyətini yüksək qiymətləndirən Ümumdünya Qarışıq Döyüş Növləri Assosiasiyası ilin son mötəbər yarışını keçirməyi Azərbaycana həvalə etmək istəyir: "Söhbət Dünya Kubokunun son mərhələsindən gedir. Dekabrda baş tutacaq mötəbər yarışda çoxlu sayda ölkədən idmançılar iştirak edəcək".

Dünya çempionu olmuş Etiqad Atakişiyev mətbuat konfransında bildirib ki, iştirak etdiyi bütün döyüşlər olduqca gərgin şəraitdə keçib: "Finalda qarşılaşdığım Ukrayna idmançısı ilə zədəli halda döyüşməyimə baxmayaraq, bütün gücümü toplayıb qələbə qazandım".

E.Atakişiyevin üzvü olduğu "Naxçıvan Fight" klubunun vitse-prezidenti Himalay Əliyev bildirib ki, klubun 1000-ə yaxın üzvündən birinin dünya çempionu olması qürurverici haldır: "Bizim bir məqsədimiz var - dünyanın müxtəlif yerlərində Azərbaycan bayrağını daim yüksəklərə qaldıraq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti