Azərbaycan, Bakı, 7 yanvar /Trend/
Dekabrın sonunda xizək sürərkən qəzaya uğrayan "Formula 1"-in keçmiş iştirakçısı Mixael Şumaxerin həyatı üçün ciddi təhlükə yoxdur. Bu barədə Trend Almaniyanın "Bild" qəzetinin onlayn-versiyasına istinadən məlumat verir.
Tabloidin məlumatına görə, belə nəticəyə ilk dəfə Şumaxer müalicə olunan Qrenobl hospitalın reanimasiya və intensiv terapiya şöbəsinin rəhbəri, professor Jan-Fransua Payenin rəhbərliyi altındakı həkim qrupu gəlib.
Hələ cümə günü "Formula-1" yarışının yeddiqat çempionunun səhhəti kritik kimi qiymətləndirilib, istirahət günləri isə o, bir qədər sabitləşib, RİA Novosti xəbər verir.
Şumaxerin vəziyyəti barədə əlavə məlumat verilmir.