...

"Qarabağ" liderliyi "Qəbələ"dən aldı, "İnter" autsayderə çətinliklə qalib gəldi (ƏLAVƏ OLUNUB)

İdman Materials 8 Fevral 2014 16:36 (UTC +04:00)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turunun oyunlarına start verilib.
"Qarabağ" liderliyi "Qəbələ"dən aldı, "İnter" autsayderə çətinliklə qalib gəldi (ƏLAVƏ OLUNUB)

Digər oyunların nəticələri əlavə olunub (ilk xəbər saat 16:36-da yayılıb)

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turunun oyunlarına start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə "Rəvan" "İnter"lə, AZAL "Sumqayıt"la, "Qəbələ" isə "Qarabağ"la üz-üzə gəlib.

Daha əvvəl başlayan "Qəbələ" - "Qarabağ" matçı qonaqların qələbəsi ilə başa çatıb. Görüşün yeganə qolunu 74-cü dəqiqədə Reynaldo Silva vurub.

Bununla da "Qəbələ" turnir cədvəlindəki liderliyini qoruya bilməyib. Ağdam komandası isə ən azı sabaha kimi turnir cədvəlinin ilk pilləsindədir.

Bu gün keçirilən digər qarşılaşma sülhlə başa çatıb. AZAL "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib. Qolları "təyyarəçilər"dən Nedo Turkoviç və Viktor İqbekoyi vurub. Qonaqlardan Tərzin Cahangirov və Pərdis Fərcad-Azad fərqlənib.

"İnter" isə autsayder "Rəvan"la oyunda üç xalı çətinliklə qazanıb. Meydan sahiblərinin 44-cü dəqiqədən azlıqda qalmasına baxmayaraq, görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. "Rəvan"dan Oke Akpoveta, qonaq komandadan isə Aleksandr İaşvili adını tabloya yazıdırıb. "İnter"in qələbə topunu 90+4-cü dəqiqədə Vaqif Cavadov penaltidən vurub.

Turun digər oyunları sabah keçiriləcək. "Xəzər Lənkəran" "Neftçi"ni, "Simurq" isə "Bakı"nı qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti