...

"Azərreyl" 3 xal qazandı

İdman Materials 15 Fevral 2014 17:42 (UTC +04:00)
Voleybol üzrə qadınlar arasında ölkə birinciliyində daha bir oyun baş tutub.
"Azərreyl" 3 xal qazandı

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Voleybol üzrə qadınlar arasında ölkə birinciliyində daha bir oyun baş tutub.

Trend Azərbaycan Voleybol Federasiyasına istinadən məlumat verir ki, bu gün IX tur çərçivəsində keçirilən görüşdə "Azərreyl" və "Telekom" üz-üzə gəliblər. İkincilərin turnir cədvəlində sonuncu yerdə olmalarına baxmayaraq, qarşılaşmma gözlənildiyi kimi onların ciddi müqaviməti ilə keçib. Bununla belə, daha güclü olan Aleksandr Çervyakovun yetirmələri qələbəni əldən verməyiblər.

4 setlik mübarizədə "dəmiryolçular" 3 xalı qazanıblar - 3:1 (24:26, 25:21, 25:22, 25:18)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti