...

Fiqurlu konkisürmə üzrə Azərbaycan cütlüyü XXII Soçi Qış Olimpiya Oyunlarında qısa proqramla çıxış edib (FOTO)

İdman Materials 17 Fevral 2014 01:10 (UTC +04:00)
Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının onuncu günündə - fevralın 16-da cütlüklər arasında fiqurlu konkisürmə üzrə yarışlar başlamışdır.
Fiqurlu konkisürmə üzrə Azərbaycan cütlüyü XXII Soçi Qış Olimpiya Oyunlarında qısa proqramla çıxış edib (FOTO)

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının onuncu günündə - fevralın 16-da cütlüklər arasında fiqurlu konkisürmə üzrə yarışlar başlamışdır.

AzərTAc xəbər verir ki, "Aysberq" Qış İdman Sarayında keçirilən yarışda fiqurlu konkisürənlər qısa proqramla çıxış etmişlər. Azərbaycan idmançıları Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü 13-cü nömrə altında mübarizəyə qoşulmuşlar. İyirmi dörd cütlüyün mübarizə apardığı yarışda idmançılarımız 58,15 xalla 14-cü pillədə qərarlaşmışlar.

Duetimiz fevralın 17-də sərbəst proqram üzrə yarışacaqdır.

Qeyd edək ki, qısa proqramın qalibi 78,89 xalla ABŞ idmançıları Meril Deyvis - Çarli Uayt cütlüyü olmuşdur. Kanadalı Tessa Virtue - Skott Moyr cütlüyü 76,33 xalla ikinci, Rusiya təmsilçiləri Elena İlinix - Nikita Katsalapov cütlüyü isə 73,04 xalla üçüncü yeri tutmuşlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti