...

Voleybolçularımız meydançaya qara sarğı ilə çıxacaqlar

İdman Materials 25 Fevral 2014 17:17 (UTC +04:00)
"Azəryol" komandasının oyunçuları meydançaya qara sarğı ilə çıxacaqlar.
Voleybolçularımız meydançaya qara sarğı ilə çıxacaqlar

Azərbaycan, Bakı, 25 fevral /Trend/

"Azəryol" komandasının oyunçuları meydançaya qara sarğı ilə çıxacaqlar.

Komandanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün İstanbulda qadın voleybolçulardan ibarət Bakının "Azəryol" komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışının yarımfinal mərhələsində Türkiyənin "Fənərbağça" klubu ilə üz-üzə gələcəklər. Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı şəhidlərimizin xatirəsinə hörmət olaraq ölkəmizi təmsil edən "Azəryol" komandasının qızları meydana qollarında qara sarğı ilə çıxacaqlar. Məqsəd bu dəhşətli faciəni dünya ictimayyətinin diqqətinə bir daha çatdırmaqdır.

Stadiondakı tamaşaçılar "Xocalıya ədalət" yazılmış köynəklər geyinəcəklər. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qarşılaşmanın hakimləri fransız Yaniç Kaladay və bolqar İvaylo İvanov olacaq. Qarşılaşmanın cavab oyunu martın 1-də Bakıda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti