...

"Neftçi" qələbə qazanmadan növbəti mərhələyə yüksəldi

İdman Materials 19 Mart 2014 20:54 (UTC +04:00)
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
"Neftçi" qələbə qazanmadan növbəti mərhələyə yüksəldi

Azərbaycan, Bakı, 19 mart /Trend/

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Trend-in məlumatına görə, günün son oyununda "Neftçi" və "İnter" klubları qarşılaşıblar.

Futbolçuların cəhdlərinə baxmayaraq, oyunda qapılara top vurulmayıb - 0:0. İlk oyun 1:1 hesabı ilə başa çatdığından "Neftçi" növbəti mərhələyə yüksəlib.

1/4 finalın digər oyunları:

"Bakı" - "Rəvan" (ilk oyun - 1:0) - 0:1 (penaltilər seriyası - 8:9)

"Xəzər Lənkəran" - "Araz Naxçıvan" (ilk oyun - 1:1) - 1:0

"Qarabağ" - "Qəbələ" (ilk oyun - 0:0) - 1:2

Qeyd edək ki, yarımfinal mərhələsində "Neftçi" "Rəvan"la, "Xəzər Lənkəran" isə "Qəbələ" ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti