...

Azərbaycan voleybolçularının rəqibləri məlum oldu

İdman Materials 2 İyun 2014 14:37 (UTC +04:00)
Qadın voleybolçular arasında Avro-2015-in plef-off mərhələsində mübarizəni davam etdirəcək cütlükləri dəqiqləşib.
Azərbaycan voleybolçularının rəqibləri məlum oldu

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Qadın voleybolçular arasında Avro-2015-in plef-off mərhələsində mübarizəni davam etdirəcək cütlükləri dəqiqləşib.

Trend Azərbaycan Voleybol Federasiyasına istinadən məlumat verir ki, D qrupunda ikinci yeri tutan Azərbaycan millisi final mərhələsinə yüksəlmək üçün Slovakiya yığması ilə üz-üzə gələcək.

F qrupunda gücünü sınayan rəqib Rumıniya voleybolçuları istisna olmaqla, Avstriya və Bosniya və Herseqovina komandalarını hər 2 görüşdə məğlub edib.

Faiq Qarayevin yetirmələri slovakiyalılarla ilk görüşü 2015-ci il mayın 22-24-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.

Pley-off cütləri

Fransa - Sloveniya
Azərbaycan - Slovakiya
Ukrayna - Belarus

Qeyd edək ki, qadın voleybolçular arasında Avro-2015-ə yüksələn yığmaların sayı 13-ə çatıb. Türkiyə, Çexiya və Macarıstan milliləri Belçika ilə Hollandiyanın ev sahibliyi edəcəyi həlledici mərhələyə vəsiqə qazanıblar.

Hər 3 komanda buna II təsnifat mərhələsində nail olub. Onlar qrup mərhələsini birinci yerdə başa vuraraq "onluğa" qoşulublar. Belə ki, sonuncu 3 xoşbəxtə qədər II təsnifat mərhələsinin digər qalibləri Bolqarıstan, Polşa və Rumıniya 16 komandanın mübarizə aparacağı final mərhələsində yüksəlmişdi. Daha öncə isə ev sahibləri Belçika və Hollandiya, son Avropa çempionatının ilk "beşliyi"ndə yer alan Rusiya, Almaniya, Serbiya, Xorvatiya, həmçinin İtaliya (apenninlilər 6-cı olsalar da, Belçika çempionata ev sahibi kimi qatıldığından bu hüquqa yiyələnib - red.) həlledici mərhələyə birbaşa vəsiqə qazanmışdı.

Son 3 millinin adına pley-off mərhələsində aydınlıq gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti