Azərbaycan, Bakı, 20 iyun /Trend/
İtaliya yığmasının məşqçi qərargahı Kosta-Rika ilə dünya çempionatının qrup oyununun keçiriləcəyi Resife şəhərində havanın hərarətinin yüksək olmasından narahatdır və cümə günü keçiriləcək oyunda əlavə fasilələr üçün icazə almağa ümid edir. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" agentliyi "Football Italia"ya istinadən xəbər verir.
İtalyanların nümayəndələri taymların hər birində oyunçuların dincəlməsi və su içməsi üçün iki əlavə fasilə istəyiblər.
Futbol məmurlarından hələlik cavab gəlməsə də, italyanların rədd cavabı alacaqları gözlənilir. Çünki reqlamentə görə, əlavə fasilələr yalnız havanın temperaturunun 32 dərəcədən yuxarı olduğu zaman verilir, Resifedə isə hərarətin yuxarı olmayacağı gözlənilir.