...

Bakıda idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə yarışa yekun vurulub (FOTO)

İdman Materials 7 Avqust 2014 22:45 (UTC +04:00)
Milli Gimnastika Arenasında idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə yarışa yekun vurulub.
Bakıda idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə yarışa yekun vurulub (FOTO)

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Milli Gimnastika Arenasında idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə yarışa yekun vurulub.

Trend-in məlumatına görə, yarışın ikinci günündə böyüklərin idman gimnastikası və tamblinq üzrə çoxnövçülük yarışlarının qalibləri müəyyən edilib.

İdman gimnastikası üzrə yarışda Oleq Stepko qızıl, Pyotr Paxnyuk gümüş, Ruslan Namazov isə bürünc medala sahib olublar.

Tamblinq üzrə yarışda isə Mixail Malkin, Hafiz Rzayev və Səid Səlimov müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.

Ümumilikdə yarışlara Bakı Gimnastika Məktəbini, Respublika Olimpiya İdman Liseyini, Nizami Rayon İdman Məktəbini və "Neftçi" Cəmiyyətini təmsil edən 80 idmançı qatılıb.

Azərbaycan Gimnastika Federasiyası tərəfindən bu dəfə də birgə yarışları beynəlxalq dərəcəli hakimlər - Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Arturs Mitskevitçs (Latviya), Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin üzvləri Mario Vukoya (Xorvatiya) və Dmitri Andreyev (Rusiya), həmçinin Gürcüstan Milli Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya, Qazaxıstan Gimnastika Məktəbinin baş məşqçisi Aleksandr Kim və Belarus Milli Gimnastika Federasiyasının baş katibi Andrey Fyodorov idarə ediblər.

Xəbər lenti

Xəbər lenti