...

Braziliyalı futbolçu banana görə hönkür-hönkür ağladı

İdman Materials 8 Oktyabr 2014 13:01 (UTC +04:00)
Rumıniyanın “Konkordiya” klubunun hücumçusu Vellinqton Karlos ölkə çempionatının 9-cu turunun “Rapida”ya qarşı oyununda ona atılan banana görə hönkür-hönkür ağlayıb.
Braziliyalı futbolçu banana görə hönkür-hönkür ağladı

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Rumıniyanın "Konkordiya" klubunun hücumçusu Vellinqton Karlos ölkə çempionatının 9-cu turunun "Rapida"ya qarşı oyununda ona atılan banana görə hönkür-hönkür ağlayıb. Bu barədə "Independent" xəbər yayıb. Bütün görüş boyu qonaqların azarkeşləri braziliyalının topa hər toxunuşu zamanı onu irqçi təhqirlərə məruz qoyublar.

Stadionu göz yaşları içərisində tərk edən braziliyalı futbolçu yerli KİV-ə müsahibəsində azarkeşləri "səfehlər" adlandırıb və Rumıniya Futbol Federasiyasının belə halların bir daha baş verməməsi üçün var gücü ilə səy göstərəcəyinə ümidini ifadə edib: "Baş verənlər inanılmazdır. Stadionda mənin arvadım və uşaqlarım var idi. Mən meydandan getmək istədim, mən meymun deyiləm. Bu barədə hakimə dedim, o mənə sarı vərəqə göstərdi".

Vellinqtonun müsahibəsinə "Rapida"nın baş məşqçisi Marian Rada reaksiya verib. O bildirib ki, pis oynanmış matç üçün "Konkordiya"nın hücumçusunun ağlamasına dəyərdi. Görüş 0:0 hesabı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti