...

"Azəryol" voleybol klubu yeni mövsüm üçün təqdimat keçirəcək (FOTO)

İdman Materials 15 Oktyabr 2014 14:52 (UTC +04:00)
“Azəryol” voleybol klubunun yeni mövsüm üçün təqdimat mərasimi olacaq.
"Azəryol" voleybol klubu yeni mövsüm üçün təqdimat keçirəcək (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

"Azəryol" voleybol klubunun yeni mövsüm üçün təqdimat mərasimi olacaq.

Trend-in məlumatına görə, oktyabrın 19-da klub Çempionlar Liqasında, eləcə də Azərbaycan çempionatında iştirak edəcək komandanı təqdim edəcək.

Dərnəgül şosesi, Əliyar Əliyev küçəsi, 108 ünvanında yerləşən Voleybol Mərkəzində keçiriləcək təqdimat mərasimi bütün media nümayəndələri və azarkeşlər üçün açıq olacaq.

Təqdimat mərasimində qonaqları çoxlu sayda sürprizlər gözləyir. Tədbirdə klubun yeni himni, yeni talismanı, yeni loqotipi, yeni forması təqdim olunacaq.

Təqdimat mərasimindən sonra "Azəryol" voleybol klubu ölkəmizdə qonaq olan "Dinamo Krasnodar" klubu ilə yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, "Azəryol" voleybol klubunun prezidenti "Azəryolservis" ASC-nin sədri, millət vəkili Cavid Qurbanovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti