...

"Qarabağ" yenidən liderdir, "bankirlər" qələbə qazandılar (ƏLAVƏ OLUNUB-2)

İdman Materials 20 Noyabr 2014 20:06 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında XII turun oyunlarına start verilib.
"Qarabağ" yenidən liderdir, "bankirlər" qələbə qazandılar (ƏLAVƏ OLUNUB-2)

"Simurq" - "Neftçi oyununun nəticəsi əlavə olunub (ilk xəbər saat 17:56-da yayılıb)

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında XII turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, "Bakı" paytaxtda "Qarabağ"ı qəbul edib. Birinci hissənin tamamında hesab 2:2 olsa da, yekunda Reynaldo və Leroy Corcun qolları ilə Ağdam təmsilçisi qələbə qazanıb - 2:4.

AZAL - "Qəbələ" matçı da bol qollu olub. Əvvəlcə Laşa Kasradze avtoqola imza atıb. Lakin 50-ci dəqiqəyədək "təyyarəçi"lər önə keçməyi bacarıblar - 2:1. 70-ci dəqiqədə Markinyos hesabı bərabərləşdirsə də, 10 dəqiqə sonra AZAL yenidən önə keçib.

Matçın sonuna 3 dəqiqə qalmış Cavid Hüseynov penalti zərbəsini dəqiq yetirməklə "Qəbələ"ni məğlubiyyətdən xilas edib - 3:3.

Zaqatalada keçirilən "Simurq" - "Neftçi" oyununda meydan sahibləri üstün olublar - Draqan Çeran, 18-pen (1:0)

"İnter" isə Bakıda "Xəzər Lənkəran"la qarşılaşıb. "Bankirlər" fasiləyə üstün (2:0) yollanıblar. İkinci hissədə də iki qol qeydə alınıb. Bu dəfə komandalar hərəyə bir dəfə fərqləniblər - 3:1.

Beləliklə, "Qarabağ" yenidən liderliyə yüksəlib, ondan cəmi 1 xal geri qalan "Neftçi" isə 2-ci sıradadır. "İnter" 18 xalla 3-cüdür.

Qeyd edək ki, "Araz Naxçıvan" klubu fəaliyyətini dayandırdığı üçün "Sumqayıt" bu tur istirahət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti