...

Azərbaycan gimnastı Dünya Kubokunun gümüş medalını qazanıb

İdman Materials 24 Mart 2015 12:40 (UTC +04:00)
Almaniyanın Kottbus şəhərində yekunlaşan idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan gimnastı Kristina Pravdina gümüş medal qazandı.
Azərbaycan gimnastı Dünya Kubokunun gümüş medalını qazanıb

Azərbaycan, Bakı, 24 mart /Trend/

Almaniyanın Kottbus şəhərində yekunlaşan idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan gimnastı Kristina Pravdina gümüş medal qazandı. Bu barədə Trend Azərbaycan Gimnastika Federasiyasına istinadən məlumat verib.

Yarışın birinci günü müxtəlif hündürlüklü qollarda yüksək nəticə göstərən Kristina finala çıxmağa müvəffəq oldu.

Bu alətlə finalda gimnastımız rəqibini geridə qoyaraq, 2-ci yerdə qərarlaşdı. Birinci yeri İsveç gimnastı Adlerteq, bürünc medalı isə Portuqaliya təmsilçisi Martins qazandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti