Azərbaycan, Bakı, 28 mart /Trend/
Azərbaycan gimnastı Oleq Stepko Qətərdə keçirilən idman gimnastikası üzrə World Challenge Cup turnirində qızıl medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, O.Stepko birinci olub, ikinci yeri Kolumbiya təmsilçisi Xossimar Kalvo qazanıb, üçüncü yerin sahibi isə rumıniyalı gimnast Andrey Muntean olub.
O.Stepko bruslarda etdiyi çıxışıyla rəqiblərini arxada qoyub və birinci olub.
Qeyd edək ki, bu qızıl medal World Challenge Cup turnirində qazanılan ilk medaldır.