...

"Milan" satıldı

İdman Materials 2 Aprel 2015 21:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

"Milan" futbol klubunun səhmlərinin 75 faizinin çinlilərə satılması barədə razılıq əldə edilib.

Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu "Milan"ın prezidenti Silvio Berluskoni deyib.

Bununla belə, o, qeyd edib ki, hər şeyin rəsmiləşməsi üçün daha bir neçə ay gözləmək lazımdır: "Qızım Barbara klubun icraçı direktoru vəzifəsində işləməyə davam edəcək".

Səhmlərin 75 faizi qarşılığında 1,5 milyard avro ödəniləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti