...

"Beşiktaş" yenə də büdrədi

İdman Materials 14 May 2015 23:47 (UTC +04:00)
Türkiyə Superliqasının 31-ci turu çərçivəsində bu gün sonuncu oyun keçirilib
"Beşiktaş" yenə də büdrədi

Azərbaycan, Bakı, 14 may /Trend/

Türkiyə Superliqasının 31-ci turu çərçivəsində bu gün sonuncu oyun keçirilib.

Trend-in məlumatına görə, "Beşiktaş" "Akhisar Genclik Spor"un qonağı olub. İstanbul təmsilçisi çempionluq uğrunda mübarizədə növbəti dəfə büdrəyib - 1:1.

Xatırladaq ki, ötən turda "Beşiktaş" - "Qaziantepspor" oyununda da 1:1-lik bərabərlik qeydə alınmışdı.

Beləliklə, turnur cədvəlində "Qalatasaray" 70 xalla 1-ci, "Fənərbağça" isə 67 xalla 2-ci sıradadır. 66 xallı "Beşiktaş" 3-cüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti