Azərbaycan, Bakı, 19 iyun /Trend/
Milli komandamızın üzvü Ruslan Abışov "Qəbələ" futbol klubundan ayrılıb.
Trend xəbər verir ki, bunu Qol.Az-a klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.
O deyib ki, R.Abışov özü "Qəbələ"dən ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi "Rubin"dən icarə əsasında "Qəbələ"yə transfer olunmuşdu.