...

Xorvatiya millisinin Azərbaycana gələcək heyəti açıqlanıb

İdman Materials 24 Avqust 2015 18:29 (UTC +04:00)
Sentyabrın 3-də "Avro-2016"nın seçmə mərhələsində Bakıda millimizin qonağı olacaq Xorvatiya yığmasının heyəti açıqlanıb.
Xorvatiya millisinin Azərbaycana gələcək heyəti açıqlanıb

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Sentyabrın 3-də "Avro-2016"nın seçmə mərhələsində Bakıda millimizin qonağı olacaq Xorvatiya yığmasının heyəti açıqlanıb.

Trend-in verdiyi məlumata görə, yığmanın baş məşqçisi Niko Kovaçın müəyyənləşdirdiyi siyahıda 24 futbolçu yer alıb.

Onların sırasında Luka Modriç, İvan Rakitiç, Mario Mandzukiç, Dario Srna, eləcə də "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Panatinaikos"un futbolçusu Daniel Pranyiç də var.

Qeyd edək ki, sentyabrın 3-də Bakıda millimizin qonağı olacaq Xorvatiya millisi 3 gün sonra səfərdə Norveçlə üz-üzə gələcək.

Qapıçılar: Daniyel Subaşiç ("Monako", Fransa), Lovre Kaliniç ("Hayduk"), İvan Varqiç ("Rijeka")

Müdafiəçilər: Dariyo Srna ("Şaxtyor", Ukrayna), Sime Vrsaljko ("Sassuolo, İtaliya), Marko Leskoviç ("Rijeka"), Vedran Corluka ("Lokomotiv", Rusiya), Domaqoy Vida ("Dinamo", Ukrayna), Deyan Lovren ("Liverpul", İngiltərə), Daniel Pranyiç ("Panatinaikos", Yunanıstan), Marin Leovaç (PAOK, Yunanıstan)

Yarımmüdafiəçilər: Luka Modriç ("Real", Madrid), Milan Badelj ("Fiorentina", İspaniya), Marselo Brozoviç ("İnter", İtaliya), Mateo Kovaçiç ("Real", Madrid), İvan Rakitiç ("Barselona", İspaniya), Miyo Caktas ("Hayduk")

Hücumçular: Nikola Kaliniç ("Fiorentina", İtaliya), Ante Rebiç ("Fiorentina"), Marko Pyaka ("Dinamo", Zaqreb), İvan Perisiç ("Volfsburq"), İvisa Oliç (HSV), Mario Mandzukiç ("Yuventus"), Andrey Kramarik ("Lester Siti", İngiltərə).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti