...

Kapello Xorvatiya millisini çalışdıra bilər

İdman Materials 12 Sentyabr 2015 14:22 (UTC +04:00)
Xorvatiya millisinin baş məşqçi vəzifəsinə Fabio Kapello gətirilə bilər.
Kapello Xorvatiya millisini çalışdıra bilər

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Xorvatiya millisinin baş məşqçi vəzifəsinə Fabio Kapello gətirilə bilər.

Trend-in Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, namizədlərin sırasında Rusiya yığmasının sabiq çalışdırıcısı Fabio Kapello da var.

İtaliyalı mütəxəssis sentyabrın 9-da istefaya göndərilmiş Niko Kovaçı əvəzləyə bilər. Onun Xorvatiya Futbol Federasiyasının təklifini qəbul edib-etməyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Xorvartiya yığmasının baş məşqçi vəzifəsinə namizədlər sırasında Kapello ilə yanaşı, Marselo Lippi, Roberto Donadoni, Lotar Matteus və Kristof Daum da var.

Xatırladaq ki, Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçkinin də adı Xorvatiya millisinin baş məşqçi vəzifəsinə namizədlər sırasında hallansa da, o, yığmamızdan ayrılmağı düşünmədiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti