Azərbaycan, Bakı, 17 sentyabr /Trend/
Bakıda keçirilən Dünya Kubokunun 1/32 final mərhələsində məğlub olan Ermənistan şahmatçısı Levon Aronyan Azərbaycan paytaxtını gəzməyə imkan tapıb.
Dünya Kubokunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakını tərk etməzdən əvvəl İçərişəhərdə olan L.Aronyan tarixi abidələrlə, eləcə də məşhur rus filmi "Brilyant əl"in çəkildiyi məkanla tanış olub.
Qeyd edək ki, L.Aronyan bu gün Azərbaycanı tərk edib.