...

Premyer Liqanın oyunlarının vaxtı seçkilərə görə dəyişdirildi

İdman Materials 27 Oktyabr 2015 15:15 (UTC +04:00)
Azərbaycan Premyer Liqasının XI turunun təqvimində dəyişiklik edilib.
Premyer Liqanın oyunlarının vaxtı seçkilərə görə dəyişdirildi

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycan Premyer Liqasının XI turunun təqvimində dəyişiklik edilib.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, noyabrın 1-də Azərbaycanda Milli Məclisə seçkilər günü olduğu üçün oyunların vaxtı dəyişdirilib.

Belə ki, XI turun oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi 1-2 noyabrda deyil, 31 oktyabrda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti