...

"Azəryol" CEV kubokunda növbəti mərhələyə yüksəldi

İdman Materials 10 Noyabr 2015 20:48 (UTC +04:00)
“Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kubokunda 1/8 final mərhələsinə yüksəlib.
"Azəryol" CEV kubokunda növbəti mərhələyə yüksəldi

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

"Azəryol" komandası Avropa Voleybol Konfederasiyası (CEV) kubokunda 1/8 final mərhələsinə yüksəlib.

Trend-in məlumatına görə, bu gün 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Bakının qadınlardan ibarət komandası Rumıniyanın "Tarqoviste" klubunu qəbul edib.

Görüş "Azəryol"un 3:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin Rumıniyada keçirilən ilk görüşdə "Tarqoviste" klubu 3:2 hesabı ilə qalib gəldiyi üçün "Qızıl set" oynanılıb. Həlledici setdə rəqibini 15:13 hesabı ilə məğlub edən təmsilçimiz növbəti mərhələyə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti