...

Bakı metrosu "Qarabağ"a görə çox işləyəcək

İdman Materials 24 Noyabr 2015 19:53 (UTC +04:00)
Bakı Metropoliteni noyabrın 26-da gecə saat 01:00-dək işləyəcək.
Bakı metrosu "Qarabağ"a görə çox işləyəcək

Bakı. Trend:

Bakı Metropoliteni noyabrın 26-da gecə saat 01:00-dək işləyəcək.

Trend "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinə istinadən məlumat verir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 26-da Bakıda İngiltərənin "Tottenhem" komandasını qəbul edəcək "Qarabağ" klubu bununla bağlı quruma müraciət ünvanlayıb.

Metropoliten rəhbərliyi klubun müraciətini müsbət cavablandırıb. Ehtiyac olacağı təqdirdə, bu müddətin daha da uzadıla biləcəyi bildirilir.

Qeyd edək ki, "Qarabağ" - "Tottenhem" oyunu saat 22:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti