...

"Barselona", "Bavariya" və "Çelsi"dən qol yarışı

İdman Materials 25 Noyabr 2015 01:52 (UTC +04:00)
UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilir.
"Barselona", "Bavariya" və "Çelsi"dən qol yarışı

Bakı. Trend:

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilir.

Trend-in məlumatına görə, E qrupunda "Barselona" "Roma"nı qəbul edib. Oyun Kataloniya təmsilçisinin darmadağını ilə başa çatıb - 6:1. Bu nəticə ilə 5 oyundan 13 xal toplayan "Barselona" vaxtından əvvəl qrup lideri kimi 1/8 final mərhələsinə qazanıb.

F qrupunda "Bavariya" "Olimpiakos"a göz açmağa imkan verməyib - 4:0. "Alman maşını" da vaxtından əvvəl növbəti mərhələyə vəsiqəni təmin edib.

Qrup ikincisi uğrunda mübarizə aparan "Arsenal" doğma meydanda Zaqreb "Dinamo"sunu sınağa çəkib. Oyun londonluların möhtəşəm qələbəsi ilə bitib - 3:0.

G qrupunda Kiyev "Dinamo"su isə çətin "Porto" səfərindən vacib qələbə gətirir - 0:2.

Turun digər oyunları:

E qrupu

"Barselona" - "Roma" 6:1
BATE - "Bayer" (Leverkuzen) 1:1

F qrupu

"Bavariya" - "Olimpiakos" 4:0
"Arsenal" - "Dinamo" (Zaqreb) 3:0

G qrupu

"Makkabi" (Təl-Əviv) - "Çelsi" 0:4
"Porto" - "Dinamo" (Kiyev) 0:2

H qrupu

"Zenit" - "Valensiya" 2:0
"Lion" - "Gent" 1:2

Məqalədə:
Xəbər lenti

Xəbər lenti