...

"Azərreyl" "Dinamo" ilə bacarmadı

İdman Materials 9 Dekabr 2015 20:11 (UTC +04:00)
“Azərreyl” voleybol klubu Çempionlar Liqasının IV turunda "Dinamo Kazan"ı qəbul edib.
"Azərreyl" "Dinamo" ilə bacarmadı

Bakı. Trend:

"Azərreyl" voleybol klubu Çempionlar Liqasının IV turunda "Dinamo Kazan"ı qəbul edib.

Trend-in məlumatına görə, qadınlardan ibarət komandamız ilk setdə qalib gəlib - 20:25. İkinci setdə "Azerreyl" üstün olub - 25:21. Üçüncü setdə rusiyalı voleybolçular güclü olub - 21:25.

Dördüncü set də qonaq komandanın xeyrinə başa çatıb - 17:25 (1:3).

Xatırladaq ki, komandamız bundan əvvəlki oyunlarında "Alyants Ştutqart"a 3:0 hesabı ilə qalib gəlmiş, Bakının "Lokomotiv" klubuna 1:3 hesabı ilə məğlub olmuşdu. "Dinamo Kazan"a qarşı ilk oyunda isə 0:3 hesabı ilə uduzmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti