...

Qvardiola "Mançester Siti"yə şərt qoydu

İdman Materials 7 Yanvar 2016 05:49 (UTC +04:00)
İspanyalı məşqçi Xosep Qvardiola "Mançester Siti"yə başçılıq etməyə yalnız klubun "Barselona"dan Lionel Messinin alınacağı təqdirdə razılığını ifadə edib.
Qvardiola "Mançester Siti"yə şərt qoydu

Bakı. Trend:

İspanyalı məşqçi Xosep Qvardiola "Mançester Siti"yə başçılıq etməyə yalnız klubun "Barselona"dan Lionel Messinin alınacağı təqdirdə razılığını ifadə edib. Bu barədə Trend lenta.ru saytına istinadən xəbər verir.

Məşqçi argentinalı ilə işləməyi istədiyini vurğulayıb və deyib ki, hücumçu klubu yeni bir səviyyəyə çıxara bilər. Buna görə də kluba məşqçilik etməyə razılıq verməkdən öncə, o, klub rəhbərliyinə deyib ki, Messinin "Mançester Siti"yə keçməyinə hazır olub-olmamağını bilmək istəyir.

Qvardiolanın başçılıq edə biləcəyi başqa komandalar sırasında "Çelsi" və "Mançester Yunayted"də qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti