...

Güləş hakimlərimizin statuslarında dəyişikliklər edilib (FOTO+SİYAHI)

İdman Materials 19 Yanvar 2016 15:46 (UTC +04:00)
Dünya Güləş Birliyi (DGB) hakimlərin statusu ilə bağlı yeni siyahı açıqlayıb.
Güləş hakimlərimizin statuslarında dəyişikliklər edilib (FOTO+SİYAHI)

Bakı. Trend:

Dünya Güləş Birliyi (DGB) hakimlərin statusu ilə bağlı yeni siyahı açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ötən il keçirilən yarışlarda və hakimlik imtahanlarında göstərdiyi nəticələrə əsasən, 2016-cı il üçün hakimlik dərəcələri təyin olunub. Dünya Güləş Birliyinin siyahısında hakimlərimizdən bir neçəsinin dərəcəsində dəyişiklik baş verib.

Olimpiya dərəcəli (I-S) hakimlərin siyahısında ölkəmizi Hicran Şərifov və Asif Şirəliyev təmsil edir. H.Şərifov əvvəl də ən yüksək kateqoriyaya sahib idi və 2 dəfə Olimpiya Oyunlarında iştirak edib. Asif Şirəliyev isə bu il I-S (Super kateqoriyalı) dərəcəsinə yüksəlib.

DGB-nin imtahanından uğurla keçən hakimlərimiz Natiq Hacıyev və Sədi Quliyevdir. Onlar ötənilki sınaqdan uğurlu çıxıb və I dərəcəyə yüksəliblər. Bu kateqoriyada ölkəmizi, həmçinin Qərib Əliyev və İntiqam Alıyev təmsil edirlər.

Yeni siyahıda statusu yüksələn daha bir hakimimiz isə Vüqar Şükürovdur. O, II dərəcəyə yüksəlib. Bu kateqoriyada ölkəmizi həm də Vaqif Zeynallı təmsil edir. Bundan başqa, milli dərəcəli hakim Bəşir İsazadə III dərəcə hakimlik statusuna layiq görülüb.

Digər hakimlərin statusunda isə dəyişiklik baş verməyib. Beləliklə, 2016-cı il ərzində beynəlxalq səviyyəli yarışlarda ölkəmizi, ümumilikdə 20 nəfər beynəlxalq dərəcəli hakim təmsil edəcək. Onlardan iki nəfəri I-S (Olimpiya), dörd nəfəri I dərəcə, iki nəfəri II dərəcə, 12 nəfər isə III dərəcə beynəlxalq hakimlik statusuna malikdir.

Bundan əlavə, Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyası gənclərin güləş hakimliyinə cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, ötən il ərzində hakimlik seminarlarında müvəffəqiyyət qazanan gənclərdən 18 nəfəri milli hakim statusu alıb və ölkədaxili yarışların idarə edilməsində iştirak edir.

Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasına Olimpiya dərəcəli hakim Bəhmən Talebi rəhbərlik edir.

Beynəlxalq dərəcəli hakimlər Olimpiya Oyunları, Dünya və Avropa çempionatlarında seçim əsasında, beynəlxalq turnirlərdə isə sərbəst iştirak etmək hüququna malikdirlər.

Milli hakimlər isə respublikadaxili yarışlarda hakimlik etmək hüququna malikdirlər. Federasiyanın Hakimlər Kollegiyasının təyinatı ilə milli hakimlər beynəlxalq dərəcəli hakimlik imtahanında iştirak edə bilərlər.

Adı, soyadı

Dərəcəsi

Adı, soyadı

Dərəcəsi

Adı, soyadı

Vəzifəsi

Əjdər Cəfərov

Fəxri hakim

Fariz Heydərov

Milli

İlqar Ömərov

Katib

Fərəqət Cəlalov

Fəxri hakim

Firqət İbrahimov

Milli

Namiq Dünyamalıyev

Katib

Hicran Şərifov

I-S

Rövşən Quliyev

Milli

Tələt Əliyev

Katib

Asif Şirəliyev

I-S

Xəyal Əliyev

Milli

Arif Mirzəyev

Katib

Qərib Əliyev

I

Xəzər Allahverdiyev

Milli

Kamran Baxışov

Katib

İntiqam Alıyev

I

Kənan Novruzov

Milli

Sədi Quliyev

I

Həbib Nurlu

Milli

Natiq Hacıyev

I

Soltanməcid Cabbarov

Milli

Vaqif Zeynallı

II

Etibar Xəlilov

Milli

Vüqar Şükürov

II

Samir Həbibov

Milli

Bəşir İsazadə

III

Eldar Məmmədov

Milli

Abdul Nuriyev

III

Şamil Fəttayev

Milli

Zakir N. Məmmədov

III

Rəşid Bünyatov

Milli

Elgün Məmmədov

III

Məsud Cabbarov

Milli

Elman İsmayılov

III

Ənvər Ənvərli

Milli

Rövşən Azadov

III

Təbriz Rüstəmov

Milli

Kamran Əliyev

III

Cahid İbadov

Milli

Murad Əliyev

III

Çinarə Cəfərova

Milli

Tural Əliyev

III

Tural Vəliyev

Milli

Ceyhun Salmanov

III

Babək Ələkbərov

Milli

Zaur Şərifov

III

Əli Babayev

Milli

Babək Allahverdiyev

III

Ramil Pənalıyev

Milli

Turanə Ağayeva

Milli

Sevinc Yusubova

Milli

Ayaz Kərimov

Milli

Elşən Məmmədov

Milli

Rəşad Kazımzadə

Milli

Fuad Məmmədov

Milli

Ziya Abdullayev

Milli

Cəlal Bahadurov

Milli

Qadir Süleymanov

Milli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti