Bakı. Trend:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Antalya Cup" turnirində bu gün üçüncü oyununu keçirib.
Trend AFFA-nın saytına istinadən məlumat verir ki, Albaniyanın U-21 yığması ilə qarşılaşan komandamız qələbə qazanıb - 4:0. Oyunda hesabı Vüqar Mustafayev açıb. İkinci qolu Azər Salahlı, üçüncünü isə Kamal Mirzəyev vurub. Qarşılaşmanın yekun hesabını müəyyənləşdirən qolun müəllifi Kamran Abdullazadə olub.
Yığmamız turnirdə son oyununu yanvarın 28-də, Bakı vaxtı ilə saat 13:00-da Bəhreynin U-20 komandasına qarşı keçirəcək.